20 – 24 Aprel 2026 • 09:00 – 18:00
AzMİU, 3-cü Korpus, Dizayn fakültəsi

Tədbir Haqqında

Dizayn Həftəsi Azərbaycan Memarlıq və İnşaat Universitetində təşkil olunan yaradıcı və elmi-maarifləndirici tədbirdir. Tədbir dizayn sahəsində təhsil alan tələbələri, müəllimləri və peşəkarları vahid platformada birləşdirir. Dizayn Həftəsi çərçivəsində tələbə işlərindən ibarət sərgilər təşkil olunur və müxtəlif dizayn istiqamətləri üzrə təqdimatlar keçirilir.

Bu sərgilər gənc dizaynerlərin yaradıcılıq bacarıqlarını nümayiş etdirməsi üçün imkan yaradır. Tədbirin proqramına ustad dərsləri, görüşlər və panel müzakirələr daxildir. Burada dizayn sahəsində aktual mövzular, yeni yanaşmalar və innovativ ideyalar müzakirə olunur. Dizayn Həftəsinin əsas məqsədi dizayn təhsilinin inkişafına töhfə vermək, təcrübə mübadiləsini gücləndirmək və universitet ilə peşəkar mühit arasında əlaqələri genişləndirməkdir.
Tələbə işləri sərgisi

Missiya və Yol Xəritəsi

Bu tədbir sadəcə bir sərgi deyil. Bu, tədris, təcrübə və icma quruculuğunu birləşdirən bir ekosistemdir. Aşağıda məqsədlərimiz və onların icra planı təsvir edilmişdir.

  • Platforma Yaratmaq

    Müəllim, tələbə və peşəkarları vahid məkanda birləşdirmək.

  • Bilik Mübadiləsi

    Yeniliklərin, aktual mövzuların və innovativ yanaşmaların müzakirəsi.

  • Potensialı Üzə Çıxarmaq

    Nəzəri biliklə praktik təcrübə arasında əlaqənin gücləndirilməsi.

  • Peşəkar İnkişaf

    Dizayn təhsilinin keyfiyyətinin artırılması və sahənin tanıdılması.

  • Gələcəyi Təşviq Etmək

    Gənclərin və abituriyentlərin məlumatlandırılması.

Proqramın strukturu

Həftə boyunca hər günün rolu bu məqsədlərə xidmət edir:

Gün 1
Açılış & Sərgilər
Rəsmi açılış, dəvətli çıxışlar və tələbə işlərindən ibarət sərginin qapılarının ziyarətçilərə açılması.
Ətraflı
Gün 2
Ustad dərsləri
Yerli və beynəlxalq dizaynerlərlə təcrübə yönümlü workshoplar, real layihə nümunələri və case-study təqdimatları.
Ətraflı
Gün 3
Açıq qapı günü
Abituriyentlər, valideynlər və maraqlanan qonaqlar üçün fakültə turları, studiyalara baxış və sual–cavab sessiyaları.
Ətraflı
Gün 4
Panel Müzakirələr
Dizaynın bazarla, texnologiya ilə və cəmiyyətlə kəsişmə nöqtələri haqqında panel müzakirələr və dəyirmi masalar.
Ətraflı
Gün 5
Yekun tədbir / Hərrac
Seçilmiş tələbə işlərinin satışa çıxarıldığı, toplanan vəsaitin uşaq evləri və sığınacaqlara yönləndirildiyi bağlanış günü.
Ətraflı
Proqram axını

Kimlər üçün nəzərdə tutulub?

Dizayn Həftəsi müxtəlif auditoriyaları eyni məkanda birləşdirir – hər qrup üçün ayrıca dəyər təklifi var.
Dizayn sahəsinə maraqlı olan hər kəs
  • Portfolionu real sərgidə nümayiş etdirmək və tanıtmaq.
  • Spikerlərdən və peşəkar dizaynerlərdən birbaşa feedback almaq.
  • Yaradıcı sənaye nümayəndələri ilə tanışlıq və şəbəkələşmə (Networking).
Müəllimlər & Fakültə
  • Təhsil proqramının nəticələrini ictimaiyyətə təqdim etmək.
  • Sənaye nümayəndələri ilə əməkdaşlıq üçün yeni kanallar açmaq.
  • Fakültənin brendini gücləndirən illik ənənəvi tədbir yaratmaq.
Sənaye & Qonaqlar
  • Gələcək işçilər və praktikantlar üçün gənc istedadları yaxından görmək.
  • Şirkətin dizayn mədəniyyətini tələbələrlə bölüşmək.
  • Xeyriyyə hərracı ilə sosial məsuliyyət təşəbbüsünə qoşulmaq.
İştirakçılar

Təcrübə Çərçivələri

Tədbir üç əsas təcrübə xəttini birləşdirir: öyrənmə, icma və sosial təsir.

Experience 01

Öyrənmə & peşəkar inkişaf

Dizayn Həftəsi sadəcə sərgi deyil, həm də intensiv öyrənmə mühitidir. Tələbələr real bazar təcrübəsi olan spikerlərdən dərs alır.

  • Ustad dərsləri və tematik workshoplar.
  • Case-study təqdimatları və canlı demo sessiyalar.
  • Portfoliolar üçün peşəkar feedback və yönləndirmə.

Studio → Səhnə: İdeyadan sərgiyə gedən yol ustad dərsləri, məşğələlər və panel müzakirələrlə dəstəklənir.

Experience 02

İcma & şəbəkələşmə

Müxtəlif universitetlərdən tələbələr, fakültə heyəti və şirkət nümayəndələri eyni məkanda görüşür, gələcək əməkdaşlıqlara zəmin yaranır.

  • İnformal networking zonaları və qəhvə fasilələri.
  • Fərqli kurs və ixtisaslardan tələbələrlə komanda işləri.
  • Məzun–tələbə–şirkət üçbucağında yeni əlaqələr.

Studio → İcma: Dizayn Həftəsi həm də networking platformasıdır.

Experience 03

Sosial təsir & xeyriyyə xətti

Həftənin finalı – tələbə işlərindən ibarət xeyriyyə hərracı. Dizayn bu dəfə yalnız estetik yox, həm də sosial dəyişiklik alətinə çevrilir.

  • Seçilmiş işlərin hərraca çıxarılması.
  • Toplanan vəsaitin uşaq evləri və sığınacaqlara ianəsi.
  • Hərrac nəticələrinin şəffaf elan edilməsi.

Dizayn → Təsir: Tələbələr üçün bu, “dizayn etdiyim iş kimsənin həyatına toxuna bilər” hissini yaşadır.

Sosial Təsir
Sualın Var?