Design Week 2026 Proqramı
Tezliklə... 27 Aprel 2026, Saat 09:00-da başlayır
00
Gün
00
Saat
00
Dəqiqə
00
Saniyə
Proqramın strukturu
Hər günün fərqli tədbirləri bu məqsədlərə xidmət edir
Gün 1
Ustad dərsləri
Dizayn həftəsinin BİRİNCİ GÜNÜ dizayn sahəsində müxtəlif mövzulara həsr olunmuş maraqlı Ustad Dəsrləri keçiriləcək. Qrafik və media, rəqəmsal illüstrasiya, interyer, mühit və digər dizayn sahələri, eləcə də təsviri incəsənət üzrə müəllim və peşəkarlar öz təcrübələrini bölüşəcək və iştirakçılar yeni bacarıqlar əldə edəcəklər.
Ətraflı
Gün 2
Açıq qapı günü
İKİNCİ GÜN Açiq Qapi Günü olacaq! Dizayn sahəsinə marağı olan hər kəs universitetimizi ziyarət edərək sərgilərlə tanış ola, açıq dərslərdə iştirak edə və tədris barədə ətraflı məlumat əldə edə biləcək.
Ətraflı
Gün 3
Açılış & Sərgilər
Həftənin ÜÇÜNCÜ GÜNÜ Dizayn Həftəsinin Təntənəli açılış günüdür. Bu gün çərçivəsində Azərbaycanda dizayn ixtisası üzrə təhsil verən bir çox universitetlərin rektorları, professor-müəllim və tələbə heyətlərinin gəlişi ilə təntənəli açılış mərasimi, eləcə də, bu universitetlərin dizayn təhsili istiqamətində nailiyyətlərini əks etdirən layihələrin sərgisinin açılışı gözlənilir.
Ətraflı
Gün 4
Panel Müzakirələr
Dizayn həftəsinin DÖRDÜNCÜ GÜNÜ panel müzakirə günü olacaq. Dizayn sahəsində fəaliyyət göstərən tanınmış şəxslər universitetimizin qonağı olacaq, dizayn sahəsində aktual olan mövzular ətrafında müəllim və tələbələrimizlə fikir mübadiləsi aparacaqlar.
Ətraflı
Gün 5
Yekun tədbir / Hərrac
BEŞİNCİ GÜN ənənəvi olaraq hərrac keçiriləcək. Bu gün tələbə və müəllimlərin seçilmiş əsərləri satışa çıxarılacaq, əldə olunan vəsait isə xeyriyyə işlərinə yönləndiriləcək.
Ətraflı
Qeydiyyat & giriş
Proqram ödənişsizdir, lakin məhdud yerlərə görə bəzi workshop və sessiyalar üçün öncədən qeydiyyat tələb oluna bilər.
- Tad1.az üzərindən smart proqram təcrübəsi Dizayn Həftəsi 2026 üçün bütün bilet və qeydiyyat prosesi Ticket.app.az platforması ilə idarə olunur. Qeydiyyatdan sonra mobil cihazınızda:
• Şəxsi cədvəlinizi formalaşdıra,
• Kampusa daxil olarkən QR kodla tez yoxlanıla bilərsiniz. - İştirak üçün qeydiyyat et AzMİU heyəti üçün giriş sərbəstdir. Xarici qonaqlar üçün ayrıca qeydiyyatdan keçərək QR Code vasitəsilə əraziyə giriş sistemi tətbiq olunur.