Sualın var? Buradan başla.
Dizayn Həftəsi 2027 ilə bağlı ən çox verilən sualları bir səhifədə topladıq: proqram, spikerlər, sərgi, xeyriyyə hərracı, bilet və qeydiyyat, həmçinin texniki detallarla bağlı cavabları aşağıda tapa bilərsiniz.
Cavabını tapmadığın sual üçün səhifənin sonunda əlaqə forması və texniki dəstək məlumatları yer alır.
Ümumi məlumat
Dizayn Həftəsi 2027 üçün rəsmi tarixlər Tezliklə elan olunacaq.
Məkan: Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), 3-cü Korpus, Dizayn fakültəsi, Bakı şəhəri.
Tədbir üç əsas təcrübə xəttini (Öyrənmə, Mühit və Sosial təsir) özündə birləşdirir:
- Öyrənmə & peşəkar inkişaf: Ustad dərsləri, case-study təqdimatları və portfoliolar üçün peşəkar feedback.
- Dizayn mühiti & şəbəkələşmə: Fərqli ixtisaslardan tələbələrlə komanda işləri, informal networking və sənaye ilə əlaqələr.
- Sosial təsir & xeyriyyə xətti: Həftənin finalında tələbə işlərinin hərracı və toplanan vəsaitin ianəsi.
Dizayn Həftəsi müxtəlif auditoriyaları eyni məkanda birləşdirir:
- Dizayna marağı olan hər kəs: Spikerlərdən feedback almaq və portfolio nümayiş etdirmək istəyən gənclər.
- Müəllimlər & Fakültə: Təhsil nəticələrini ictimaiyyətə təqdim etmək və sənaye ilə əməkdaşlıq qurmaq istəyənlər.
- Sənaye & Qonaqlar: Gələcək işçilər/praktikantlar axtaran şirkətlər və xeyriyyə təşəbbüsünə qoşulmaq istəyən nümayəndələr.
Bilet & qeydiyyat
Dizayn Həftəsi 2027 tamamilə ödənişsiz tədbirdir. Lakin iştirakçı sayını tənzimləmək üçün onlayn qeydiyyat mütləqdir.
Saytın yuxarı hissəsindəki "Qeydiyyatdan keç" düyməsinə klikləyərək biletinizi ödənişsiz əldə edə bilərsiniz.
Bəli! Aldığınız bir bilet 5 gün ərzində keçirilən bütün açıq sərgi və sessiyalar üçün etibarlıdır.