AzMİU, 3-cü Korpus, Dizayn fakültəsi

Design Week 2027 Proqramı

Tezliklə... Dəqiq tarixlər və saatlar tezliklə elan olunacaq.

-- Gün
-- Saat
-- Dəqiqə
-- Saniyə

Proqramın strukturu

Hər günün fərqli tədbirləri bu məqsədlərə xidmət edir

Gün 1
Ustad dərsləri
Dizayn həftəsinin BİRİNCİ GÜNÜ dizayn sahəsində müxtəlif mövzulara həsr olunmuş maraqlı Ustad Dərsləri keçiriləcək. Qrafik və media, rəqəmsal illüstrasiya, interyer, mühit və digər dizayn sahələri, eləcə də təsviri incəsənət üzrə müəllim və peşəkarlar öz təcrübələrini bölüşəcək və iştirakçılar yeni bacarıqlar əldə edəcəklər.
Gün 2
Açıq qapı günü
İKİNCİ GÜN Açıq Qapı Günü olacaq! Dizayn sahəsinə marağı olan hər kəs universitetimizi ziyarət edərək sərgilərlə tanış ola, açıq dərslərdə iştirak edə və tədris barədə ətraflı məlumat əldə edə biləcək.
Gün 3
Açılış & Sərgilər
Həftənin ÜÇÜNCÜ GÜNÜ Dizayn Həftəsinin Təntənəli açılış günüdür. Bu gün çərçivəsində Azərbaycanda dizayn ixtisası üzrə təhsil verən bir çox universitetlərin rektorları, professor-müəllim və tələbə heyətlərinin gəlişi ilə təntənəli açılış mərasimi, eləcə də nailiyyətləri əks etdirən layihələrin sərgisinin açılışı gözlənilir.
Gün 4
Panel Müzakirələr
Dizayn həftəsinin DÖRDÜNCÜ GÜNÜ panel müzakirə günü olacaq. Dizayn sahəsində fəaliyyət göstərən tanınmış şəxslər universitetimizin qonağı olacaq, aktual mövzular ətrafında müəllim və tələbələrimizlə fikir mübadiləsi aparacaqlar.
Gün 5
Yekun tədbir / Hərrac
BEŞİNCİ GÜN ənənəvi olaraq hərrac keçiriləcək. Bu gün tələbə və müəllimlərin seçilmiş əsərləri satışa çıxarılacaq, əldə olunan vəsait isə xeyriyyə işlərinə yönləndiriləcək.
Qaydalar & Qeydiyyat
  • Ödənişsiz İştirak: Tədbir bütün tələbələr, məzunlar və dizayn həvəskarları üçün tamamilə ödənişsizdir.
  • Qeydiyyat Mütləqdir: Məkana giriş yalnız təsdiq olunmuş QR bilet və ya tələbə bileti ilə mümkündür.
  • Ustad Dərsləri: Bəzi xüsusi vörkşoplarda yer sayı məhdud olduğuna görə öncədən qeydiyyat tələb olunur.
Sualın Var?